Şəhriyar Özbəkistanda 6-cı oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Daşkənddə keçirilən Rüstəm Kasımcanov kubokunda uğursuz çıxış edib.
mediasport.az xəbər verir ki, son oyun günündə daha dörd tur oynanılıb və qrossmeysterimiz altıncı yeri tutub.
Şəhriyar 2004-cü il Dünya Kubokunun qalibi Rüstəm Kasımcanovla heç-heçə oynayıb, daha sonra Yorden Van Forest (Niderland) və Parham Maqsudlu (İran) ilə xalı yarı bölüb. Son dueldə isə Şəmsiddin Vohidovla (Özbəkistan) heç-heçəyə razılaşıb.
9 turun yekunlarına görə, Məmmədyarov 4.5 xalla 10 iştirakçı arasında altıncı olub. Turnirin qalibi, Özbəkistan yığmasının heyətində Olimpiya çempionu olmuş Cavohir Sindarov 6.5 xalla Parham Maqsudlu (6) və komanda yoldaşı Vohidovu (5) qabaqlayıb.