Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Beynəlxalq dərəcəli qrossmeysterimiz Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizə aparacaq.

mediasport.az xəbər verir ki, 37 yaşlı təmsilçimiz turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.

Sonuncu raund 14 - 20 noyabrda gerçəkləşəcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.