Şəhriyar Məmmədyarov pley-offda

Şəhriyar Məmmədyarov pley-offda

"Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.

mediasport.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirib.

37 yaşlı zəka sahibi 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə "sülh" bağlayıb.

Məmmədyarov xal ehtiyatını 27-yə çatdıraraq ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.

Yarışın ümumi mükafat fondu 150 min dollardır.