Nicat Karuanaya qarşı: 3-cü yerin taleyi sabaha qaldı - Dünya Kuboku

Nicat Karuanaya qarşı: 3-cü yerin taleyi sabaha qaldı - Dünya Kuboku

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda medalların taleyinə tay-brekdə aydınlıq gələcək.

mediasport.az xəbər verir ki, finalın ikinci oyununda norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb.

İlk oyunda da heç-heçə qeydə alındığından Dünya Kubokunun qalibi sabah tay-brekdə məlum olacaq.

Üçüncü yerin sahibi də tay-brek görüşündən sonra müəyyənləşəcək. Azərbaycan şahmatçısı Nicat Abasov dünən qalib gəldiyi ABŞ təmsilçisi Fabiano Karuanaya bu gün məğlub olub.