Şəhriyar bu dəfə 3-cü oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel” turnirinin blits yarışında çıxışını başa vurub.
mediasport.az xəbər verir ki, 37 yaşlı qrossmeysterimiz yarışda üçüncü yeri tutub.
Şəhriyar ümumilikdə 9,5 xal toplayıb. Turnirin qalibi 12,5 xalla Hindistan şahmatçısı Arjun Erigaisi olub.
Məmmədyarov daha əvvəl "Tata Steel İndia"da rapid yarışında da qüvvəsini sınayıb və altıncı olmuşdu.