Şəhriyardan uğursuz nəticə
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində çıxışını başa vurub.
mediasport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib.
Məmmədyarov 7-ci turda hindistanlı Nihal Sarinə uduzub 8 və 9-cu turlarda müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib. Beləcə, yekunda 4,5 xalla 6-cı pilləni tutub.
Sabah “Tata Steel İndia”da blits yarışlarına start veriləcək. Turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.