Azərbaycan milli komandaları Argentina və Moldovaya qarşı

Azərbaycan milli komandaları Argentina və Moldovaya qarşı

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün 3-cü turun görüşlərini keçirəcək.

Mediasport.az xəbər verir ki, kişilərdən ibarət yığma Moldova ilə, qadınlardan ibarət milli isə Argentina ilə qarşılaşacaq.

Bu turadək kişilərdən ibarət komandamız İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib.

Qadınlardan ibarət yığmamız Nikaraqua (4:0) və Avstraliyadan (3:1) güclü olub.

Xatırladaq ki, Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Mixail Şereşevskinin kapitanlığında qadın komandamızda Azərbaycanı Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova təmsil edirlər.