Ölkə çempionluğunu və kuboku qazanmış 70 yaşlı klub dağılır!
2009-2010-cu illər mövsümündə Türkiyə Superliqasının qalibi olmuş “Bursaspor” futbol klubu fəaliyyətini dayandırmaq üzrədir.
Mediasport.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Rəcəb Günay məlumat verib.
Bursa klubun rəhbəri tarixi klubun dağılmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib: “Komandamızın 1,5 milyard TL borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”.
Qeyd edək ki, 1963-cü ildə yaradılmış “Bursaspor” klubu 1986-cı ildə Türkiyə Kubokunu da qazanıb.
Azərbaycan yığması və “Sabah”ın yarımmüdafiəçisi Namik Ələskərov 2021/2022-ci illər mövsümündə bu komandada forma geyinib.