Rus məşqçi Qurban Qurbanovun yanında təcrübə keçmək istəyir
Bugünlərdə Moskva "Torpedo"suna baş məşqçi təyin olunan Andrey Talalayev "Sport Ekspress"ə maraqlı açıqlama verib.
mediasport.az verir ki, 50 yaşlı mütəxəssis təcrübə keçmək üçün ona vacib olan bəzi məşqçilərin yanına yollanacağını bildirib.
O, Qurban Qurbanovun yanında təcrübə keçmək haqda düşündüyünü söyləyib:
"Bu gün mənim prioritetlərim bir az fərqlidir. Yuri Vernidubun “Şerif”dəki, Stol Solbakkenin "Kopenhagen"dəki, Qurban Qurbanovun "Qarabağ"dakı işi ilə tanış olmaq istəyərdim. Azərbaycana yollanaraq Qurban Qurbanovla fikir mübadiləsi aparmaq, onunla tanış olmaqdan şad olardım. Adını çəkdiyim məşqçilər orta səviyyəli büdcə ilə Avropa arenasında mümkün olan maksimum uğuru qazanıblar. Hazırda məşqçi kimi buna daha çox tələbat var".