Milli komandanın sabiq kapitanı karyerasını 41 yaşında başa vurdu
"Barselona"nın və "Mançester Siti"nin sabiq qapıçısı Klaudio Bravo 41 yaşında karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, futbol üzrə Çili milli komandasının keçmiş kapitanı bu haqda rəsmi "Instagram" hesabında məlumat verib.
Dəri əlcək sahibinin son iş yeri "Betis" olub. O, La Liqa klubunun heyətində 2023/24 mövsümündə bütün turnirlər daxil olmaqla, 9 oyuna çıxıb, 7 qol buraxıb, 2 dəfə qapısını toxunulmaz saxlayıb.
Bravo, eyni zamanda, "Kolo-Kolo", "Real Sosyedad" kimi klublarda da çərçivəni qoruyub.
View this post on Instagram