"Beşiktaş" rəhbərliyi Şenol Günəşi istefaya göndərib - RƏSMİ
“Beşiktaş” futbol klubunun baş məşqçisi Şenol Günəş istefaya göndərilib.
Mediasport.az xəbər verir ki, məlumatı İstanbul klubunun rəsmi saytı yayıb.
"Qara qartallar"ı ötən ilin oktyabrından çalışdıran təcrübəli mütəxəssis Avropa Konfrans Liqasının "Luqano" ilə matçından sonra tutduğu vəzifədən azad edilib.
Türkiyə nəhəngi 2:0 hesabı ilə irəlidə olduğu görüşün sonuna 9 dəqiqə qalmış 3 top buraxaraq məğlub olub.
"Beşiktaş" cari Superliqada da uğursuz çıxış edir, komanda 7 turdan sonra 13 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.