Komandanı ÇL-də 1/8 finala çıxaran baş məşqçini qovdular - RƏSMİ

Komandanı ÇL-də 1/8 finala çıxaran baş məşqçini qovdular - RƏSMİ

"Brügge"yə 6 ay əvvəl baş məşqçi təyin olunan Karl Hufkens istefaya göndərilib.

mediasport.az xəbər verir ki, Belçika Yupiler Liqasındakı qeyri-sabit çıxışı əsas gətirən rəhbərlik komandanı Çempionlar Liqasının 1/8 finalına çıxarmış baş məşqçiyə təşəkkür edərək onunla vidalaşıb.

Lider "Genk"dən 12 xal geri qalan "Brügge” 18 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb. Son ölkə çempionu ÇL-in 1/8 finalında “Benfika” ilə qarşılaşacaq.