TFF əcnəbi futbolçularla bağlı yeni qərar qəbul edib - RƏSMİ
Türkiyə Superliqasında legioner limiti dəyişdirilib.
Mediasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) yeni qərarına əsasən, 2024/2025 mövsümündən etibarən klubların transfer etdikləri əcnəbi futbolçu sayı 14-dən 12-yə endiriləcək.
Limit üç mövsüm bu qaydada tətbiq edildikdən sonra say 11-ə düşəcək, lakin oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək.
Eyni zamanda, əsas komandanın mövsümlük iştirak ərizəsində oyunçu sayı 30-dan 26-ya endiriləcək.
Xatırladaq ki, Superliqada komandalar qarşılaşmaların start heyətində ən çox 8 əcnəbi oynada bilirlər.