"Sərhədçi"də yeni baş məşqçi

  "Sərhədçi"də yeni baş məşqçi

"Sərhədçi" basketbol komandasında baş məşqçi dəyişikliyi reallaşıb.

Mediasport.az xəbər verir ki, serbiyalı mütəxəssis Vladimir Boşnyakı türkiyəli Evren Alkaya əvəzləyib.

Alkaya, eyni zamanda, qadınlardan ibarət Azərbaycan milli komandasının da "sükanı arxasındadır".

Xatırladaq ki, "Sərhədçi" 9 oyundan sonra Azərbaycan Basketbol Liqasında 11 xalla doqquzuncudur.