Dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib
Dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunmuş yarışda 20 dövlət qurumunun 160 əməkdaşı mübarizə aparıb.
Gənclər və İdman Nazirliyinin həyətində xüsusi quraşdırılmış basketbol meydançasında baş tutan yarışda qadınlar arasında birinci yerə Elm və Təhsil Nazirliyi, ikinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və Gənclər və İdman Nazirliyinin komandaları layiq görülüblər.
Kişilərin yarışında isə Azərbaycan Hava Yolları birinci olub. Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi komandaları ilk üçlükdə qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.