Ramil Şeydayevin komandası yeni baş məşqçi ilə anlaşıb - RƏSMİ

Ramil Şeydayevin komandası yeni baş məşqçi ilə anlaşıb - RƏSMİ

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”un yeni baş məşqçisi məlum olub.

Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisini Mustafa Gürsel çalışdıracaq.

Ərtoğrul Sağlamı əvəzləyəcək 50 yaşlı mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Gürselin son klubu "Ümraniyəspor" olub.

"Kocaelispor" 23 turdan sonra 43 xalla 3-cü pillədə qərarlaşıb və lider "Eyüpspor"dan 12 xal geri qalır.