Cəlalın komandası turun ilk matçında səfərə yollanacaq

Cəlalın komandası turun ilk matçında səfərə yollanacaq

Bu gün futbol üzrə Bolqarıstan Parva Liqasında 7-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, turun açılış matçında ölkəmizi təmsil edən Cəlal Hüseynovun komandası "Arda" səfərdə "Slavya" (Sofia) ilə qarşılaşacaq.

Xatırladaq ki, "Arda" cari mövsüm çıxdığı 6 oyunda 9 xal toplayıb.

Bolqarıstan Parva Liqası. 7-ci tur

18:00 "Slavya" (Sofia) - "Arda"

"Slavya" stadionu.