"Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram" - Fernandu Santuş
“Matça yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasının C1 Divizionunun İsveçlə səfər qarşılaşmasını şərh edib:
"Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik.
Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədir.
Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır.
Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.
Xatırladaq ki, yığmamız qrupda keçirdiyi 6 görüşün 5-də məğlub olaraq 1 xalla D Divizionuna düşüb.