Şeydayev Macarıstana yollandı
İyunun 6-da Macarıstanın Eger şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək.
mediasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi baş məşqçi Elbrus Rzayev turnirdə Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Tamerlan Əlimzanov ( hər ikisi 57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (63,5) və Fərhad Şeydayevlə (75 kq) təmsil olunacaq.
Qız boksçuların yarışında isə məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Banuçiçək Nəsirli (46 kq), İnci Məcidli (50) və Özləm Həsənova (63 kq) qüvvəsini sınayacaq.