Qasımov "qızıl"ın astanasında, 3 boksçu bürünc medal qazanıb

  Qasımov "qızıl"ın astanasında, 3 boksçu bürünc medal qazanıb

Azərbaycan boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı məğlub edib.

Digər boksçular - Haqverdi Həsənov (57 kiloqram), Nurlan Abışov (60 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) isə finala gedən yolda rəqiblərinə uduzduqları üçün turniri bürünc medalla başa vurublar.

Qasımovun final görüşü iyulun 4-də olacaq.