Sinişa Mixayloviç uzun sürən xəstəlikdən sonra vəfat etdi
Keçmiş Yuqoslaviyanın sabiq müdafiəçisi, tanınmış məşqçi Sinişa Mixayloviç uzun sürən xəstəlikdən sonra vəfat edib.
mediasport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mixayloviç futbolçu karyerası ərzində "Roma", "Sampdoriya", "Latsio", "İnter" kimi klublarda çıxış edib. Onun məşqçilik karyerası da İtaliyada keçib. Son olaraq "Bolonya"nı çalışdırıb. Sərb məşqçi sentyabr ayında postunu tərk etmişdi.