AVRO-2024: Yarışın biletlərinin qiyməti 30 avrodan başlayır

AVRO-2024: Yarışın biletlərinin qiyməti 30 avrodan başlayır

Məşhur "FourFourTwo" saytı Yayda Almaniyada keçiriləcək AVRO-2024-ün matçlarının biletlərinin qiymətini açıqlayıb.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.


Qrup mərhələsi

Qapıarxası və künclər: 30 avro;

VİP: 60 avro (3-cü kateqoriya), 150 avro (2-ci kateqoriya), 200 avro (1-ci kateqoriya).


Açılış matçı

Qapıarxası və künclər: 50 avro;

VİP: 195 avro (3-cü kateqoriya), 400 avro (2-ci kateqoriya), 600 avro (1-ci kateqoriya).


1/8 final

Qapıarxası və künclər: 50 avro;

VİP: 85 avro (3-cü kateqoriya), 175 avro (2-ci kateqoriya), 250 avro (1-ci kateqoriya).


1/4 final

Qapıarxası və künclər: 60 avro;

VİP: 100 avro (3-cü kateqoriya), 200 avro (2-ci kateqoriya), 300 avro (1-ci kateqoriya).


Yarımfinal

Qapıarxası və künclər: 80 avro;

VİP: 195 avro (3-cü kateqoriya), 400 avro (2-ci kateqoriya), 600 avro (1-ci kateqoriya).


Final

Qapıarxası və künclər: 95 avro;

VİP: 300 avro (3-cü kateqoriya), 600 avro (2-ci kateqoriya), 1000 avro (1-ci kateqoriya).

Qeyd edək ki, qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək keçiriləcək.