Türkiyəli futbolçunun qolu Konfrans Liqasında ən yaxşı seçildi
UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, azarkeşlər arasındakı səsvermə nəticəsində Fransanın “Lill” komandasının türkiyəli futbolçusu Yusuf Yazıcının İngiltərənin “Aston Villa” kollektivinin qapısına vurduğu ilk qol ən yaxşı seçilib.
Qeyd edək ki, “Lill” əsas və əlavə vaxta Premyer Liqa təmsilçisinə 2:1 hesabı ilə qalib gəlsə də, penaltilər seriyasında (4:3) məğlub olaraq mübarizəni dayandırıb.