Asiya Kuboku: Avstraliyadan rahat qələbə, 2 oyunda qol səsi çıxmayıb

Asiya Kuboku: Avstraliyadan rahat qələbə, 2 oyunda qol səsi çıxmayıb

Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, dünən keçirilən qarşılaşmalardan Çin - Tacikistan və Özbəkistan - Suriya oyunlarında qolsuz heç-heçə qeydə alınıb (hər ikisi 0:0). Avstraliya isə Hindistanı 2 cavabsız qolla məğlub edib (2:0).

Bu gün isə C qrupundan 2, D qrupundan isə 1 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Asiya Kuboku 2024-cü il yanvarın 12-dən fevralın 10-na qədər davam edəcək.

Asiya Kuboku. C qrupu

18:30 BƏƏ - Honkonq

21:30 İran - Fələstin

D qrupu

15:30 Yaponiya - Vyetnam