SOCAR Azərbaycan futbol klublarına ayırdığı maliyyəni artırır

 SOCAR Azərbaycan futbol klublarına ayırdığı maliyyəni artırır

Azərbaycan futbol klublarına dövlət tərəfindən ayrılan illik vəsaitin artırılması planlaşdırılır.

Bu barədə Mediasport.az saytına məlumat daxil olub.

İnformasiyaya görə, SOCAR bəzi klubların xahiş və müraciətləri əsasında növbəti mövsümdən klublara verilən maliyyə yardımının ümumi həcmini artırmaq istəyir.

Rəsmi dairələrdə, dəqiqləşdirsək, vasitəçi AFFA ilə dövlət neft şirkəti arasında məsələnin ümumi müzakirəyə çıxarıldığı bildirilir. Yardım paketinin artırılması ilə bağlı yekun qərarı isə İqtisadiyyat Nazirliyi verəcək.

Qeyd edək ki, Azərbaycan hökumətin qərarı ilə SOCAR Premyer Liqada iştirak edən hər kluba 3 milyon manat ayırır. Bunun 1 milyon manatı akademiya üçün nəzərdə tutulub. Məbləği almaq üçün klublar müəyyən olunmuş kriteriyaları yerinə yetirməlidirlər.

Yeni yaradılmış 1-ci Liqada klubların hərəsinə düşən məbləğ 300 min manat, yarımpeşəkar 2-ci Liqada isə bu məbləğ 50 min manatdır.