"Sülhsevər" "Zirə"
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" sonuncu yoxlama oyununu keçirib.
MediaSport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Tanzaniya klubu "Simba" ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1. Qəsəbə təmsilçisinin qolunu Rüstəm Əhmədzadə vurub.
Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyənin "Fatih Karagümrük" komandası ilə qolsuz heç-heçə edib.