"Kəpəz"də mükafat payladılar - "Qarabağ"dan alınan 1 xala görə

"Kəpəz"də mükafat payladılar - "Qarabağ"dan alınan 1 xala görə

"Kəpəz" rəhbərliyi futbolçulara mükafat paylayıb.

Mediasport.az saytına verilən məlumata görə, Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"dan alınan 1 xal klub rəhbərliyini əlini cibinə salmağa vadar edib.

Suraxanı stadionunda qeydə alınan 1:1 hesabından sonra "kisəyə al atan" rəhbərlik hər futbolçuya 1000 manat ənam verib.

Mövsümdə ikinci dəfə sürprizə imza atan Gəncə futbolçuları çempionatın açılışında "Neftçi"yə qalib gəlmiş və daha çox bəxşiş almışdılar - 2000 manat.