12 il əvvəl istifadəyə verilmiş stadion sökülür - FOTOLAR

12 il əvvəl istifadəyə verilmiş stadion sökülür - FOTOLAR

Peşəkar Futbol Liqası Azərbaycan 1-ci Liqasında yarışan “Difai Ağsu" klubunun mövsümün qalan ev oyunlarını Şamaxıda keçirməsinə icazə verib.

Mediasport.az xəbər verir ki, liqanın debütantının ev matçlarını oynadığı Ağsu şəhər stadionunda təmir və yenidənqurma işləri aparılır.

İdman qurğusunda işləri AFFA həyata keçirir, hazırda arenada söküntü gedir.

Artıq sıradan çıxmış oturacaqlar, tribunaların dam örtüyü sökülüb. İşlərin yaya qədər yekunlaşacağı gözlənilir.

Bildirək ki, Ağsu şəhər stadionunun 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub.