"Turan Tovuz"da 3 MÜQAVİLƏ

"Turan Tovuz"da 3  MÜQAVİLƏ

Yeni mövsümün hazırlıqlarına start verən "Turan Tovuz"da 3 yeni müqavilə reallaşıb.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi kapitan Şəhriyar Əliyev, Aleks Souza və Emmanuel Hakmanla müqavilə müddətini artırıb.

2 mövsümdür Tovuz klubunda forma geyinən Şəhriyarla anlaşmanın şərtləri 1+1 ildir.

Heyətə qışda qoşulmuş Souza 2025/2026-cı illər mövsümünün sonunadək "Turan Tovuz"un formasını geyinəcək.

Toqolu Hakmanla razılıq isə gələn mövsümün sonunadək uzadılıb.