RƏSMİ: Gəncə klubu sabiq yarımmüdafiəçisini geri qaytardı
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi Nicat Süleymanovla anlaşıb.
Yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb.
26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi "Araz Naxçıvan"da keçirib.
Nicat Süleymanov əvvəllər də "Kəpəz"də çıxış edib.
O, həm I Liqada, həm də elitada "sarı-göylər"in şərəfini qoruyub.