"Şamaxı"da Ayxan Abbasovun köməkçiləri müəyyənləşib - RƏSMİ

"Şamaxı"da Ayxan Abbasovun köməkçiləri müəyyənləşib - RƏSMİ

"Şamaxı"nın yeni baş məşqçisi Ayxan Abbasovun köməkçiləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 43 yaşlı mütəxəssisə Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayav, Vüsal Qarayev və qapıçı hazırlığı üzrə məşqçi Kamil Qafarov yardımçı olacaqlar.

Məşqçilərin hamısı Ayxan Abbasovla daha əvvəl "Turan Tovuz"da birgə çalışıblar.

Xatırladaq ki, bölgə təmsilçisi mütəxəssislərlə 1 illik müqavilə bağlayıb.