Ağabala Ramazanov məşqlərə nə zaman qoşulacaq? - AÇIQLAMA
"Ağabala Ramazanovun müalicəsi hələlik ev şəraitində davam edir. Bir neçə aydan sonra Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək".
Bunu Mediasport.az saytına açıqlamasında "Səbail"in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Klub rəsmisi Azərbaycan Premyer Liqasının 12-ci turunun "Turan Tovuz"la oyununda rəqiblə toqquşma zamanı ciddi xəsarət alan kapitan Ağabala Ramazanovun səhhəti ilə bağlı son məlumatı verib.
O, hücumçunun məşqlərə nə vaxt başlayacağına həkimlərin qərar verəcəyini bildirib: "Müalicəsinə ciddi nəzarət var. Həkimlərlə biz də daim əlaqə saxlayırıq. Amma nə vaxt məşqlərə başlayacağı ilə bağlı dəqiq məlumat yoxdur".
Xatırladaq ki, Ramazanov rəqib futbolçu ilə toqquşmadan sonra huşunu itirərək yerə yıxılıb. Kapitan bir müddət müalicəsini xəstəxanada davam etdirib.