"Zirə" ciddi itki ilə üzləşdi - FOTO

"Zirə" ciddi itki ilə üzləşdi - FOTO

Premyer Liqanın 10-cu turunun "Sabah" - "Zirə" matçı qonaqlar üçün yaxşı başlamayıb.

mediasport.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, Zirə təmsilçisi 25-ci dəqiqədə itki ilə üzləşib.

Əzələsi dartılan komandanın vingeri Hamidu Keyta zədələnərək oyunu tərk edib, əvəzinə Rüstəm Əhmədzadə daxil olub.