"Zirə" Türkiyəyə gedir - "Qartallar"ın yay hazırlıq planı müəyyənləşib
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Zirə"nin yay hazırlıq planı məlum olub.
Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası iyunun 14-dən iyulun 4-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək.
"Qartallar" qardaş ölkədə üç yoxlama oyunu keçirəcəklər.
Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də oynanılması nəzərdə tutulub.
Rəqiblərin kimliyi yaxın günlərdə müəyyənləşəcək.