Azərbaycan Kuboku: II təsnifat mərhələsinə yekun vuruldu

Azərbaycan Kuboku: II təsnifat mərhələsinə yekun vuruldu

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

"Şamaxı" səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə üstələyib. Komanda 1/8 finalda "Səbail"lə üz-üzə gələcək.

"İmişli" isə "Mingəçevir"i minimal hesabla məğlub edərək 1/8 finala yüksəlib. I Liqa təmsilçisi növbəti raundda "Qəbələ"yə rəqib olub.