"Superliqaya maraq çox olacaq - Getdiyim hər yerdə diqqət çəkirəm"
"Fənərbağça" yeni baş məşqçisi Joze Mourinyonun təqdimat mərasimini keçirib.
Mediasport.az xəbər verir ki, portuqal mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"Don Joze" həmişə kimi, maraqlı açıqlamaları ilə yadda qalıb. 61 yaşlı çalışdırıcı Türkiyə Superliqasının Avropada daha çox diqqət çəkəcəyini deyib:
"Getdiyim hər yerdə diqqət çəkirəm. Portuqaliyada Superliqanın oyunları canlı yayımlanır. "Fənərbağça" ilə əlaqəyə keçməzdən əvvəl çempionatı izləyirdim. Deyə bilərəm ki, bundan sonra Superliqaya maraq daha çox olacaq".
Xatırladaq ki, əfsanəvi məşqçi İstanbul nəhəngi ilə 2 illik müqavilə bağlayıb.