"Nyukasl" evdə PSJ-ni darmadağın edib - UEFA Çempionlar Liqası

"Nyukasl" evdə PSJ-ni darmadağın edib - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura 8 oyunla yekun vurulub.

Mediasport.az xəbər verir ki, günün sürpriz hesabı İngiltərənin "Sent Ceyms Park" stadionunda qeydə alınıb.

Tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda oynayan "Nyukasl" evdə PSJ-ni darmadağın edib.


UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 2-ci tur


E qrupu

“Atletiko” (İspaniya) - “Feyenoord” (Niderland) 3:2

“Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya) 1:2

Xal durumu: "Atletiko"- 4, "Latsio" - 4, “Feyenoord” - 3, “Seltik” - 1.


F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Milan” (İtaliya) 0:0

“Nyukasl” (İngiltərə) - PSJ (Fransa) 4:1

Xal durumu: "Nyukasl" - 4, PSJ - 3, “Milan” - 2, “Borussiya” - 1.


G qrupu

“Leypsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə) 1:3

“Srvena Zvezda” (Serbiya) - “Yanq Boyz” (İsveçrə) 2:2

Xal durumu: "Mançester Siti" - 6, “Leypsiq” - 3, “Srvena Zvezda” - 1, “Yanq Boyz” - 1.


H qrupu

“Antverpen” (Belçika) - “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3

“Portu” (Portuqaliya) - “Barselona” (İspaniya) 0:1

Xal durumu: "Barselona" - 6, "Portu" - 3, “Şaxtyor” - 3, “Antverpen” - 0.