III təsnifat mərhələsinə bu axşam yekun vurulacaq - Avropa Liqası
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
mediasport.az xəbər verir ki, yarışda birbaşa bu mərhələdən başlayacaq komandalara daha 7 kollektiv qoşulacaq.
UEFA Avropa Liqası. III təsnifat mərhələsi. Cavab oyunları
20:00. Helsinki (Finlandiya) - “Qarabağ” (Azərbaycan) (ilk oyun 1:2)
21:00. “Haken” (İsveç) - “Jalgiris” (Litva) (3:1)
21:30. “Breydablik” (İslandiya) - “Zrinski” (Bosniya və Herseqovina) (2:6)
22:00. BATE (Belarus) - “Şerif” (Moldova) (1:5)
22:00. “Dnepr-1” (Ukrayna) - “Slaviya” (Praqa, Çexiya) (0:3)
22:00. “Genk” (Belçika) - “Olimpiakos” (Yunanıstan) (0:1)
22:00. “Ludoqorets” (Bolqarıstan) - “Astana” (Qazaxıstan) (1:2)