Ən yaxşı qadın futbolçusu adına namizədlərin adları açıqlandı
UEFA 2022/2023-cü illər mövsümünün ən yaxşı qadın futbolçusu adına üç namizədin adını açıqlayıb.
mediasport.az xəbər verir ki, qalib adı uğrunda Aitana Bonmati, Olqa Karmona Qarsiya (hər ikisi İspaniya) və avstraliyalı Sem Kerr mübarizə aparacaq.
Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində müəyyənləşəcək.
Qeyd edək ki, Bonmati və Karmona İspaniya millisinin heyətində avqustun 20-də başa çatan DÇ-nin qalibi adını qazanıblar. Karmona final matçında yeganə qola imza atıbsa, Bonmari DÇ-2023-ün ən yaxşı oyunçusu seçilib.