36 yaşlı italyan Farioli "Ayaks"ın yeni baş məşqçisi oldu - RƏSMİ

36 yaşlı italyan Farioli "Ayaks"ın yeni baş məşqçisi oldu - RƏSMİ

Niderland nəhəngi "Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Amsterdam təmsilçisini Françesko Farioli çalışdıracaq.

36 yaşlı italyan mütəxəssislə 3 illik müqavilə bağlanılıb.

Son olaraq Fransada "Nitsa"nı çalışdırmış Farioli daha əvvəl Türkiyədə "Fatih Karagümrük" və "Alanyaspor" komandalarının baş məşqçisi olub.