Taekvondoçularımızdan 1 qızıl, 1 gümüş və 3 bürünc medal
Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında açıq Avropa birinciliyi başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
A kateqoriyasında 27 kq çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub. “Kristal Abşeron” taekvondo klubunun üzvü finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib.
Bu klubun digər yetirməsi Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub. “Kristal Abşeron” isə komanda hesabında ikinci pillədə qərarlaşıb.
Yarışda bürünc medalları “Xəzər” taekvondo klubundan Harun Hüseynov (36 kq), “Xəmsə” taekvondo klubundan Zaur Hüseynov (36 kq) və “Modern” klubundan Nadir Paşayev (21 kq, B kateqoriyası) əldə ediblər.