Azərbaycan millisi Bosniya və Herseqovinaya yollanıb
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi Bosniya və Herseqovinaya yollanıb.
Mediasport.az xəbər verir ki, yığmamız paytaxt Sarayevoda keçiriləcək “Balkan Cup”da mübarizə aparacaq.
Baş məşqçi Məmməd Abddullayev və böyük məşqçi Sənan Həşimov yarışda Adil Eyvazov (58 kq), Cavad Ağayev (74 kq), Qaşim Maqomedov (63 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqaninə (hər ikisi +87 kq) şans verəcək.
“Balkan Cup” noyabrın 27-də təşkil olunacaq.