Milli Dağıstana yollanacaq

 Milli Dağıstana yollanacaq

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçirlər.

Mediasport.az xəbər verir ki, idmançılarımız məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandanın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə fevralın 5-dən 9-dək Xorvatiyadakı ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək.

Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.