Onur Quluzadə qızıl, Yağmur Məmmədli gümüş medal qazanıb
Azərbaycan stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində 2 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, Onur Quluzadə və Yağmur Məmmədli fəxri kürsüyə qalxıblar.
13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə əlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələrək qızıl medalı əldə edib.
Eyni yaş qrupunda yarışan Yağmur Məmmədli isə yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. O, finalda Özbəkistan təmsilçisinə məğlub olub.
Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.