Tennisçilərimiz Misirə yollanıblar

Tennisçilərimiz Misirə yollanıblar

Misirin paytaxtı Qahirədə dünya seriyalı “WTT Youth Contender” turnirinə start verilib.

Mediasport.az xəbər verir ki, nüfuzlu beynəlxalq yarışda əvvəlcə oğlanlar mübarizə aparacaqlar.

Seçmə komandamızın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə və Onur Quluzadə etimadı doğrulmağa çalışacaqlar.

Oktyabrın 29-dək isə qızların yarışı keçiriləcək. Məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli bacarığını göstərəcək.

Xatırladaq ki, yığmamız Gürcüstanda keçirilən bundan əvvəlki anoloji turnirdə 10 medal qazanmışdı.