Tofiq Musayev yaponiyalı rəqibinə nokautla qalib gəldi

Tofiq Musayev yaponiyalı rəqibinə nokautla qalib gəldi

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev "Super Rizin 2" turnirində növbəti döyüşünü keçirib.

MediaSport.az xəbər verir ki, 34 yaşlı idmançımız yaponiyalı Akira Okadanla qarşılaşıb.

O, rəqibini 2-ci raundda nokaut edərək qalib gəlib.

Qeyd edək ki, Tofiq Musayev bu turnirdə keçirdiyi döyüşlərdə 20 qələbə qazanıb, 5 dəfə isə məğlub olub.