"Mənimlə döyüşdən qaçışın yoxdur!" - Makqreqora göz dağı

"Mənimlə döyüşdən qaçışın yoxdur!" - Makqreqora göz dağı

Mütləq Döyüş Çempionatının (UFC) döyüşçüsü Maykl Çendler 2 çəki dərəcəsi üzrə sabiq dünya çempionu Konor Makqreqorla baş tutacaq qarşılaşma haqda fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, ABŞ-li döyüşçü öncə tətil müddətini dəyərləndirib.

Daha sonra Makqreqorla keçiriləcək döyüşdən danışıb: "Sıxıcı keçdi, lakin bədənimin istirahət etməsi üçün faydalı oldu. Həm də növbəti döyüşlərə diqqətimi yönəltmək üçün vaxt qazandım. Eşitdiyim qədərilə, Makqreqorla duelim növbəti ilin birinci rübündə keçiriləcək. Konor, mənimlə döyüşdən qaçışın yoxdur!"

Xatırladaq ki, Konor 2021-ci ildə ABŞ-dan olan Dastin Porye ilə görüşdə ciddi zədə alıb. Buna görə də o, oktaqona yalnız növbəti il çıxa biləcək.