"Traktor" İran Liqasında növbəti qələbə ilə ikinci pilləyə yüksəlib

"Traktor" İran Liqasında növbəti qələbə ilə ikinci pilləyə yüksəlib

Futbol üzrə İran Pro Liqasında 12-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" "Gol Gohar"ın qonağı olub.

Təbriz klubu 1:0 hesablı qələbə ilə turnir cədvəlində ikinci pilləyə yüksəlib. Yeganə topu 43-cü dəqiqədə Qustavo vurub.

"Al qurdlar"ın aktivində 21 xal var.