Ramillə Musa 2-cidir
“Qarabağ”ın futbolçuları Ramil Şeydayev və Musa Qurbanlı 2022/2023-cü illər mövsümündə Avropa ölkələrinin daxili çempionatlarında ən məhsuldar göstəriciyə imza atmış üç cütlük arasında yer alıb.
mediasport.az saytının araşdırmasına əsasən, mövsümü 43 qolla tamamlayan milli komandamızın forvardları bu mənada yalnız Lüksemburqun "Svift" klubunun hücum cütlüyündən geri qalırlar.
Esperanj klubunun "vuran ayaqları - Rayan Filipplə (33) Dominik Ştolts (29) ümumilikdə 62 dəfə fərqləniblər. Türkiyə təmsilçisi “Fatih Karagümrük”ün legionerləri - Fabio Borini (20) və Mbaye Dian (20) isə rəqib qapılarına 40 dəfə yol tapıblar. Superliqada mövsümün davam etdiyini nəzərə almaq lazımdır.
Ramil Şeydayev cari mövsüm 22 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Ondan cəmi 1 top az vuran Musa siyahıda 2-ci yeri tutub.