"Futbolçularımız bu gün ilk dəqiqələrdən xarakter göstərdilər"

"Futbolçularımız bu gün ilk dəqiqələrdən xarakter göstərdilər"

"Vacib qələbə qazandıq. Ağır oyundan gəlmişdik, hazırlaşmaq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçularımız bu gün ilk dəqiqələrdən xarakter göstərdilər"

Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Səbail"lə ev matçı haqqında danışıb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunboyu istədəyimiz hücumlar oldu. Rəqibin boşluqlarından düzgün istifadə etdik. İkinci hissədə oyun bir az dəyişdi. Futbolçularım uduzmaqdan qorxurdu. Bu da normaldır. Ötən oyunda baş verən hadisələr onlara təsir edib. Belə oyunlar vacibdir. "Səbail" yaxşı rəqibdir. Mövsüm davam edir. Maraqlı çempionatdır. Aşağıdan uşzaqlaşırıq, yuxarıya yaxınlaşırıq"


İstədiyiniz "Turan Tovuz"u görmək üçün nə qədər vaxt lazımdır?

- Əlbəttə vaxt lazımdır. Konkret nəsə demək olmaz. İlk günlə bugünkü "Turan Tovuz" arasında fərq var. Vaxt nə qədər çox olsa, heyət qorunsa, yaxşıya doğru gedəcəyik.

"Turan Tovuz" evdə "Səbail"ə qalib gələ bilməmişdi. Matça bu motivasiya ilə çıxmışdız?

- Futbolçularım demişdim ki, "Səbail"ə bu mövsüm iki dəfə məğlub olmuşuq. Həmişə istəyirəm ki, bütün komandalardan xal ala bilək. Bu gün ümumi durum bizi motivasiya edirdi. Çünki azarkeşlərimiz sevindirmək istəyirdik.

"Kəpəz"lə matçdan sonra demişdiz ki, hakimlərə də qalib gəlməliyik. Bu gün onlara qalib gələ bildiz?

- Çətin oyun idi. Rauf Allahverdiyev öhdəsidən gəldi. Mübarizə çox idi. Hakim yaxşı olanda həmişə oyundan sonra demişəm. Bizim istədiyimiz odur ki, düzgünlük olsun, oyunun nəticəsinə təsir edən səhvlər baş verməsin. VAR oyuna müdaxilə etməyəndə bizi düşünməyə vadar edir. Ötən oyun ona görə həmin sözü dedim ki, iki eyni epizodda fərqli qərar verdilər.

AFFA-nın baş katibi Sərxan Hacıyevin Tovuza gəlməsi, sizcə, hakimliyə təsir etdi?

-  Yox. Yəqin ki, Sərxan müəllim maraqlı oyun olduğu üçün gəlmişdi. Çox xoşdur ki, AFFA rəhbərliyi bölgələrdə oyunlara gəlir. Bakıdan çıxmaq lazımdır.